Mətbəx ekranı
Yemək sifarişləri aşpaz və şef aşpaz üçün. Gözləmə vaxtı, növbə və “hazır” statusu — kağız çeksiz.
KDS
Sadə dildə: qonağın sifarişi kağız parçasına yazılmır. Ekranda görünür, taymer işləyir, “hazır” basılanda qarsona bildiriş gedir. Zero POS-da bu ekranlar stansiyalara görə ayrıdır.
Restoranlarda sifarişi mətbəxə/bara ötürmək üçün istifadə olunan rəqəmsal lövhədir. Kağız çek itmir, qarışmır; gözləmə vaxtı görünür; hazır statusu zal komandasına ani çatır.
Yemək sifarişləri aşpaz və şef aşpaz üçün. Gözləmə vaxtı, növbə və “hazır” statusu — kağız çeksiz.
İçki və kokteyllər barmen/barista stansiyasına ayrılır. Mətbəx növbəsi ilə qarışmır.
Qəlyan sifarişləri qəlyançı üçün ayrıca axın — status və hazırlıq ayrıca izlənir.
Çay dəsti və çayxana sifarişləri çayçı stansiyasına yönləndirilir — mətbəx və bar növbəsindən ayrı.
Sahibkar/menecer bütün stansiyaların yükünü və açıq sifarişləri bir yerdən görür.
Zero POS-u biznesiniz üçün kəşf etmək istəyirsiniz? Demo sifariş edin və ya bizə yazın.